Gələn il Azərbaycana 5 milyon doza vaksin gətiriləcək
13.10.2021

Gələn il Azərbaycana COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına müvafiq olaraq əlavə 5 000 000 doza vaksinin gətirilməsi nəzərdə tutulur.

Visiontv.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, bu günə qədər ölkəyə 13 142 040 doza vaksin dərman vasitəsi gətirilib. Bu da ümumi alınmış peyvəndlərin 80%-ni təşkil edir.