Gədəbəydə icra başçısının getdiyi məktəb nəzarətə götürülüb
04.10.2022

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun yoxlaması zamanı Arıqıran kənd orta məktəbinin müəllim və şagird kollektivinin hansı səbəbdən dərsdə olmadığına aydınlıq gətirilib.

Visiontv.az xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi bildirilib ki, Gədəbəy rayonu Arıqıran kəndində baş vermiş hadisə ilə bağlı araşdırma aparılıb, məktəb direktorunun izahatı alınıb.

İzahat əsasında məlum olub ki, həmin günü məktəbin yuxarı sinif şagirdləri, bir neçə müəllimi və məktəbin direktoru kəndin şəhidinin anım günü tədbirində olublar. Məktəb Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, gələcəkdə bu cür halların yaşanmaması üçün müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta məktəbində olub. Məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Məktəb direktoru və dərsdə olmalı olan bəzi müəllimlər, həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb.

APA