Fransada bir qrup siyasi avanturist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - deputat Hikmət Babaoğlu
26.11.2020

Bu gün Azərbaycan Parlamentində Fransa senatının qəbul etdiyi qərəzli qətnamə ilə bağlı xüsusi bəyanatın hazırlanması və hökumətə tövsiyyə ediməsi tamamilə adekvatdır və hüquqa əsaslanır.

Bəyənatda Fransanın ATƏT-in Minsk Qrupunun həsədrliyindən uzaqlaşdırılması ilə bağı səsləndirən fikirlər əslində hələ bu ölkənin senatının qəbul etdiyi 145 saylı qətnamədən əvvəl həm də Fransa rəsmilərinin ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlər səsləndirmələrinə etirazdır.

Görünür Fransada bir qrup siyasi avanturist var ki , onlar bu ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirməyə çalışırlar. Ancaq bununla yanaşı unutmaq olmaz məlum qətnaməyə 304 senat səs veribdir. Bu özlüyündə bir göstəricidir və Fransa senatının hansı siyasi əhval ruhiyyədə olduğunu bildirir.

Ona görə də Azərbaycan bu cür aqressiv mövqeyə mütləq münasibət bildirməli və haqqı olanı tələb etməli idi. Milli Məclis də məhz bu addımı atdı. Ermənidən artıq erməniçilik edən ölkənin senatına bildirdi ki , sizin qərar sadəcə kağız parçasıdır və yalnız Fransa xarici siyasətinin və demokratiyasının özünüifşasına xidmət edir. Belə bir ölkənin isə beynəlxalq hüquqdan danışmağa və onun tələblərinin yerinə gətirilməsini iddia etməyə ya da hansısa vasitəçilik missiyasını yerinə yetirməyə mənəvi-hüquqi haqqı yoxdur. Biz artıq Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi təqdim olunan termini siyasi-diplomatik leksikondan çıxarmışıq. Qan tökərək öz ərazi bütövlüyümüzü bərpa etmişik. Bununla da beynəlxalq hüququn və BMT təhlükəsizilik Şurasının qəbul etdiyi qətnamələrin tələblərini yerinə gətirmişik.

Ermənistanı Dağlıq Qarabağ adında heç bir qurmu tanımadığı sənədə qol çəkməyə məcbur etmişik. Bu isə həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri kimi Fransanın səs verdiyi qətnamələrin icrası deməkdir. Fransanın da rəsmi olaraq tanıdığı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması deməkdir. Ona görə də Azərbaycanın əleyhinə hər hansı addım atarkən Fransa senatı əvvəlcə bu barədə ciddi düşünməli idi. Azərbaycan bundan sonra da onun maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcəkdir.

Visiontv.az