Fransa və Rusiya Minsk qrupunu yenidən danışıqlar prosesinə qaytarmaq üçün planlar hazırlayır
Fransa və Rusiya Minsk qrupunu yenidən danışıqlar prosesinə qaytarmaq üçün planlar hazırlayır
06.05.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Fransa və Rusiyanın təşəbbüsü ilə Minsk qrupunun yenidən danışıqlar prosesinə qayıtmaq üçün planlar hazırlayır. Bura əsasən, Qarabağda ermənilərə status vermək, xüsusilə Hadruta və Xocavəndin nəzarətimizdə olan kəndlərinə ermənilərin köçürülməsidir. Minsk qrupu çərçivəsində danışıqların bərpası üçün S. Lavrov Bakıda təkliflər verəcək.

Qeyd edim ki, Rusiyada çalışır ki, Azərbaycanın nəzarətində olan Hadrut və digər kəndlərə Ermeniler köçürülməklə sülhməramli qüvvələrinin nəzarətinə alsın. 10 noyabr Bəyannaməsindən sonra Ermənistanın Şirak vilayətindən silhlalı qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin Hadrut istiqamətinə gətirib, əməliyyat keçirib Hadrutu Azərbaycanın nəzarətindən geri almaq planı idi. Bu, planın reallaşdırılması üçün  Rusiya sülhməramlı qüvvələri ermeni qüvvələrinə bütün şərait yaratmışdır.

Rusiya Fransa ilə birgə Minsk qrupunu yenidən dirçəldib, Azərbaycanı danışıqlar prosesinə cəlb etməklə Hadrut planını reallaşdırmaqdır. Fransaya gəldikdə isə, rəsmi Paris Cənubi Qafqazda Türkiyənin artan rolunun qarşını almaq və ermeniler  üzərindən regionda təsirini artırmaqdır. Rəsmi Bakı Minsk qrupunun formatına qayıtmamalı və S. Lavrovun verdiyi təklifləri geri çevirməsi mümkündür. Çünki Rusiya XİN rəhbərinin Ermənistan və Azərbaycana göndərməklə yeni Minsk formatında danışıqların bərpasını təmin etmək istəyir.

Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq

Visiontv.az