Fransa senatinin qebul etdiyi əsassız və qərəzli qətnaməsi bir daha onu göstərdi ki...
17.11.2022

Fransa senatinin qebul etdiyi əsassız və qərəzli qətnaməsi bir daha onu göstərdi ki, bir çox qüvvələr şəxsi siyasi divident və məqsədi üçün bu tip ağılasığılmaz və beynəlxalq hüquqa zidd addımlar atmağa məcbur edir.

Heç kəs üçün sirr deyil ki, erməni diasporunun fəal olduğu ölkədə çoxdayda soyadını dəyişmiş ermənilər yaşayaraq yüksək vəzifələrdə də yer alırlar və müəyyən nüfüza malikdirlər, təssüf ki, Fransa höküməti onların eynəyini taxıb dünyaya onların gözü ilə baxmağa üstünlük verirlər. Düşünürəm ki, bu heç bir qüvvəsi olmayan qətnamə Fransa cəmiyyətinin maraqlarını ifadə etmir və heç bir prosesə təsir etmək imkanına da malik deyil. 

Fransa hökümətinin nəzərinə bəzi faktları çatdırmaq istərdim.

Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, əhaliyə qarşı törədilmiş soyqırımlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin evlərindən didərgin düşməsi, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, 30 il işğal müddətində və 2020-ci il Vətən müharibəsindən sonra torpaqların minalarla çirkləndirilməsi ilə bağlı faktlar göz önündədir, bunu nədən görmürsünüz? 
Bir çox beynəlxalq təşkilatların o cümlədən BMT-nin və ATƏT-in qətnamələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir onlara zidd gələn bu çağırış hansı normalara əsaslanır? 
Minsk qrupu həmsədri olan Fransa hökümətinin bu cür qərəzli mövgeyindən sonra  bir daha aydın gördük nədən bu problem 30 ildir həll olumamış qalıb. 

Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi bir daha göstərir ki, bu qərəzli mövqedir, regionda sülh prosesinə xidmət etmir. Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınan ayrılmaz tərkib hissəsidir və müzakirə mövzusu deyil.

Fransa Senatının bu qətnaməsini bir daha qətiyyətlə pisləyirəm və düşünürəm ki, bu cür qərəzli çıxışlar beynəlxalq hüquq normalarına və qətnamələrə ziddir. Eyni zamanda sülhə xələl gətirəcək addımlardır.

Azərbaycan xalqının sücayəti və Azərbaycan prezidenti, ali baş komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində 30 il davam edən işğalçılığa son verildi, xalqımız zəfər əldə etdi, haqq öz yerini tutdu. Görünür bu bəzilərinin işinə yaramadı, lakin biz inanırıq ki, haqq ədalət gec ya tez qalib olacaq və işğaldan əziyyət çəkən bütün ölkələr bir gün ərazi bütövlüyünü təmin edəcəkdir. Bilirsiniz ki, vətənimiz Gürcüstan da işğalçılıqdan əziyyət çəkir, gürcü xalqı da bunun nə olduğunun acısını yaşayır, Qarabağın azadlığı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bütün dünya azərbaycanlıları ilə yanaşı işğala məruz qalan və öz torpaqlarından didərgin olan hər kəsə bir ümid verdi.

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Rəfi Orucov

Visiontv.az