“Formula-1” ilə əlaqədar Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
22.04.2019

Bu gündən "Formula-1" Azərbaycan Qran-prisi yarışının keçirilməsi ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək bağlanılıb

Bu gündən "Formula-1" Azərbaycan Qran-prisi yarışının keçirilməsi ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək bağlanılıb.

 

Yarışma Azadlıq meydanından başlayaraq, Puşkin, Xəqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi, Azneft dairəsi və Dənizkənarı bulvar, Neftçilər prospekti marşrutu üzrə keçiriləcək. Bu istiqamətlər üzrə kəsişən, bitişən, paralel olan əksər küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək bağlanılıb.

 

Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran-pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) ONA-ya verilən məlumata görə, bu gündən sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib.

 

Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

 

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 30-u səhər saat 6.00-dək qüvvədə olacaq.

 

Qeyd edək ki, "Formula-1" yarışı 26-28 aprel tarixlərində keçiriləcək.

xezerxeber.az