Fitnes mərkəzində 55 yaşlı qadın öldü
01.06.2019

Rusiyanın Kazan şəhərində fitnes mərkəzlərinin birində 55 yaşlı qadın dünyasını dəyişib.

VisionTV.az xarici mətbuata əsasən xəbər verir ki, fiziki məşğələlər zamanı ştanq qaldıran qadın yıxılıb və qəfil həyatını itirib.

Hadisə şahidlərinin sözlərinə görə, fiziki hərəkəti yerinə yetirən qadın anidən müvazinətini itirib. Daha sonra onun ağız və burnundan qan açılıb.

Qadının dəqiq ölüm səbəbini isə ekspertiza müəyyən edəcək.