Filologiya elmləri doktoru Almaz Ülvi Beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
31.05.2020

Bu gün Özbəkistan Respublikası Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində "Orta Asiyada mədəni həyat və bəşəriyyətin həyatındakı müasir problemləri" adlı Beynəlxalq Onlayn Elmi konfrans keçirilib.

Konfransı Universitetin rektoru professor Şuxrat Siracədddinov açaraq qonaqları salamlayıb. Sonra konfransın həmtəsisçilərinin, o cümlədən Özbəkistan Respublikasındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun plenar iclasda məruzələri dinlənilib. Konfransada Azərbaycan tərəfdən filologiya elmləri doktoru Almaz Ülvi elmi məruzə ilə çıxış edib. O məruzəyə başlamazdan əvvəl AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin Özbəkistan Respublikası Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində rektoruna və konfrans iştirakçılarına salamlarını çatdırb. Sonra "Əlişir Nəvainin “Məhbubul -Qulub” əsəri: Üumtürk tarixinin əxlaqi dərsliyi-Siyasi esteteikası " adlı məruzə ilə çıxış edib.

 

Visiontv.az