FHN əməkdaşları Türkiyədə işə başlayıb
Videonu Aç
31.07.2021

Türkiyəyə yola düşən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ilk qrup yanğınsöndürmə işlərinə başlayıb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Türkiyəyə yola düşmüş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ilk qrup qardaş ölkəyə çatıb.

Visiontv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycandan gedən FHN-in 100 nəfər əməkdaşı artıq yanğınla mübarizəyə cəlb olunub.

Qeyd edək ki, hazırda ölkənin 11 yerində yanğınla mübarizə davam edir.