Fərqli ölkələrdə fərqli sürücülük qanunları…
Fərqli ölkələrdə fərqli sürücülük qanunları…
28.09.2022 MEDİA Tərəfindən

Ölkələr çeşidli adətlərə və qaydalara malik olduqları üçün bəzən bizə qəribə görünən faktlarla rastlaşmalı oluruq.

Dünyada tamamilə qəribə sürücülük qanunları olan bəzi yerlər var ki, onlardan xəbərdar olmaq maraqlıdır. Sizə dünyanın müxtəlif ölkələrində nəqliyyatla bağlı maraqlı faktları təqdim edirik:

Yaponiyada piyada olmaq yaxşıdır, lakin Çində və xüsusən də Pekində piyadalar üçün dayanmağın qanunsuz olduğu yerlərdə o qədər də yaxşı deyil.

Filippində, Manilada nömrənizin sonu 1 və ya 2 ilə bitərsə, bazar ertəsi günləri avtomobil idarə edə bilməzsiniz.

Nevada ştatında magistral yolda dəvə sürmək olmaz.

İllinoys ştatının Evanston şəhərində yanğın zamanı istisna olmaqla, pərdələri çəkilmiş avtomobilin içərisində paltar dəyişdirmək qanuna ziddir.

Kolorado ştatının Denver şəhərində bazar günləri qara rəngli avtomobil sürmək qadağandır.

Amerikada qaydalar nə qədər çılğın olsa da, öz qitəmizdə başınızı döndərəcək bəzi qəribə qaydalar var:

Danimarkada qanun deyir ki, səyahətə çıxmazdan əvvəl avtomobilinizin altında gizlənən uşaqları yoxlamalısınız.

Kiprdə maşın sürərkən hər hansı bir şey yemək və ya içmək qadağandır.

İsveçrədə bazar günü avtomobilinizi yuya bilməzsiniz.

Bünyamin Bünyadzadə

Visiontv.az