Eyni gündə bir-birinə düşmən olan iki dövlətin – İsrailin və İranın Bakı ilə təmaslarını təsadüfü saymaq olarmı?
Eyni gündə bir-birinə düşmən olan iki dövlətin – İsrailin və İranın Bakı ilə təmaslarını təsadüfü saymaq olarmı?
04.10.2022 Elxan Şahinoğlu Tərəfindən

Müdafiə naziri Zakir Həsənov oktyabrın 3-də həm Bakıda Israilin müdafiə naziri Benyamin Qansı qəbul edib israilli həmkarıyla hərbi-texniki əməkdaşlıq məsələrini müzakirə edib, həm də İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə telefonla danışıb.

Müdafiə Nazirliyindən yayılan məlumatda tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyin bildirilib. Eyni gündə bir-birinə düşmən olan iki dövlətin – İsrailin və İranın müdafiə sistemlərinə başçılıq edən şəxslərin Bakı ilə təmaslarını təsadüfü saymaq olarmı? İsrail Azərbaycan-İran əməkdaşlığından narahat deyil, bunu Azərbaycanın daxili işi sayır və qarışmır, İran isə əksinə Azərbaycan-İsrail hərbi əməkdaşlığından aşkar narahatdır, bunu müxtəlif səviyyələrdə səsləndirməkdən çəkinmir, üstəgəl Bakıya zəng edən Hüseyn Baqeri bir müddət əvvəl Azərbaycanla bağlı təhdid mahiyyətli açıqlama vermişdi. Görünən odur ki, rəsmi Bakı İsraillə hərbi-texniki əməkdaşlığı bundan sonra da davam etdirməkdə və genişləndirməkdə maraqlıdır. Azərbaycan ordusunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması əsas vəzifədir.

Elxan Şahinoğlu

visiontv.az