Tehranda Evin həbsxanasının qarşısında oturaq aksiya keçiriən bir neçə milli fəal həbs edilib.
Bununla bağlı yerli mənbələr məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik məmurları Abbas Lisani, Əli Xeyrcu, Yusif Dəşti və Behzad Xeyrcununu saxlayaraq naməlum yerə aparıblar.
Adı çəkilən fəallar Evin həbsxanasında aclıq aksiyası keçirən Vədud Əsədi və Tahir Nəqəvinin ailələrinin onların azadlığa buraxılması tələbi ilə keçirdikləri oturaq aksiyaya dəstək verdiklərinə görə həbs ediliblər.
Qeyd edək ki, Tahir Nəqəvi və Vədud Əsədi iki həftədən çoxdur barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyası keçirirlər.
Adı çəkilən məhbuslar 2024-cü ilin fevral ayında həbs olunublar.
Onlara "milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq" ittihamlarına görə uzun illik həbs cəzaları verilib.
visiontv.az