“Evdə oturaq” aksiyasına etiraz olaraq, hamı küçəyə axışdı - VİDEO
17.04.2020

ABŞ-ın Miçiqan ştatının sakinləri “evdə oturaq” rejiminə etiraz olaraq küçələrə axışıb.

RT qubernator Qrethen Uitmerin qərarına etiraz olaraq keçirilən aksiya ilə əlaqədar küçələrdə yaranan tıxacların görüntülərini paylaşıb.

Sürücülər yerli Kapitolinin qarşısına toplaşaraq, avtomobilləri ilə onun ətrafındakı yolları bağlayıblar.

Etirazçılar hökumətdən işə qayıtmalarını istəyirlər.

Bu günə qədər Miçiqanda 27 min yoluxma halı qeydə alınıb.