Eteri Cəfərova "Fəxri Akademik" adına layiq görüıüb
21.03.2021

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimləri "International Dance Academy" tərəfindən xoreoqrafiya sahəsində əldə etdikləri nailiyyətlərə və rəqs sənətin tanıdılması istiqamətində olan fəaliyyətlərinə görə "International Dance Academy"nin "Fəxri Akademik" və "Fəxri Professor" adları ilə mükafatlandırılıblar.

Visiontv.az xəbər verir ki, BXA-nın İncəsənət fakültəsinin dekan müavini, Əməkdar artist Eteri Cəfərova "International Dance Academy"nin "Fəxri Akademik"i, BXA-nın klassik rəqs müəllimi, Xalq artisti Kamilla Hüseynova "Fəxri Professor", BXA-nın klassik rəqs müəllimi, Əməkdar mədəniyyət işçisi Sergey Boqdanov “Fəxri Professor” adlarına layiq görülüblər.

Qeyd edək ki, əsası Danimarkada qoyulan "International Dance Academy" 2008-ci ildə Sonny Fredıe Pedersen tərəfindən qurulub. "International Dance Academy" beynəlxalq səviyyədə tanınan və ən üst səviyyədə beynəlxalq təhsil vədi verən rəqs akademiyasıdır.