Əsir düşən rus komandiri bildirib ki, onların artilleriyası Xarkovda binaları qəsdən vurublar
Əsir düşən rus komandiri bildirib ki, onların artilleriyası Xarkovda binaları qəsdən vurublar
17.05.2022 MEDİA Tərəfindən

Xarkov ətrafının Tsirkuni kəndinin azad edilməsi zamanı ukraynalı əsgərlər tərəfindən əsir götürülən rus komandir Ukrayna Təhlükəsizlik Xidmətində dindirilərkən deyib ki, Rusiya ordusu Xarkovda mülki obyektləri qəsdən atəşə tutub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti Facebook-da məlumat yayıb.
Qeyd olunur ki, Rusiya Federasiyası silahlı qüvvələrinin 25-ci artilleriya briqadasının əsir düşən bölmə komandiri dindirmə zamanı bildirib ki, Rusiya raket diviziyalarının əsas hədəfi məhz Xarkovun hündürmərtəbəli binaları, mülki obyektlər olub. Dindirilmə zamanı məhbus iddia edib ki, o, Xarkovun yaşayış məntəqələrinin atəşə tutulmasında birbaşa iştirak etməyib. O yalnız Ukrayna artilleriyasının mövqelərini izləyib. Müstəntiqlər onun fadəsini diqqətlə yoxlayacaqlarını bildiriblər. 

Bundan əlavə, əsir Xarkov vilayətinin mülki əhalisinin məhv edilməsində iştirak edən rus hərbi cinayətkarlarının şəxsi məlumatları barədə məlumat verib.

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalının vətənə qayıtdıqdan sonra nə etməyi planlaşdırdığını soruşduqda, o, hərbi xidməti tərk edəcəyini bildirib.

Aytən Əlizadə

visiontv.az