"Ermənistanla normallaşma prosesi müsbət şəkildə davam edir"
29.11.2022

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müsbət şəkildə davam edir.

Visiontv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

İbrahim Kalın sentyabr ayında Ermənistanın təxribat törətdiyini xatırladıb: “Müəyyən təxribatlar oldu, Azərbaycan addımlar atdı. İndi (sülh danışıqları - red.) normal gedir. 30 ildir qurulmayan təmaslar qurulub, bu, çox vacibdir”, - İbrahim Kalın əlavə edib.

APA