Ermənistanın yaydığı məlumatlar əsassızdır - MN
26.07.2021

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur.

Bu barədə Visiontv.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

"Əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçusu qarşılıqlı münasibətlərin pozulması və biri-birinə açılan atəş nəticəsində yaralanıb", - məlumatda bildirilib.