Ermənistanın sülh istiqamətində addım atacağına ümid edirik
04.03.2021

“Ermənistanın sülh istiqamətində atacağı addımlarla regional sabitliyin bir parçası olacağına ümid edirik”.

Visiontv.az-ın xəbərinə görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında deyib.

“Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm”, - deyə Ərdoğan qeyd edib.