Ermənistanın Naxçıvana raket zərbəsi endirməsi, Türkiyə-Rusiya danışıqlarının pozulmasına xidmət edir - Məhəmməd Əsədullazadə
16.10.2020

Ermənistanın Naxçıvan MR Ordubad rayonuna raket zərbəsi endirməsi əsasən, Türkiyə Rusiya arasında danışıqların pozulmasına xidmət edir. Bu həmdə Qars müqaviləsinin müddəalarına ziddir və rəsmi Yerevan çalışır ki, Ankara -Moskva qarşıdurması mərhələsinə keçilsin.

Bu siyasət Rusiyanı provakasiyaya çəkməkdir və Kreml rəhbərliyi Paşinyanın bu avantürist siyasətinə getməyəcək. Rusiya məhz Qarabağ və Ermənistana endirilən zərbələrlə bağlı Ankara ilə konfontrasiyaya getməsi özünün geosiyasi maraqlarına ziddir. İlk növbədə  Yerevanın bu avantürst mövqeyi Moskvanın Türkiyə ilə sıx iqtisadi-enerji və hərbi-texniki əməkdaşlığına zərbə vurur.
Naxçıvanın münaqişə cəbhəsinə çevrilməsi bu istiqamətdən   Əlahiddə qoşun rahat şəkildə Laçın dəhlizi və Qubadlı, Zəngilan və bu istiqamətlərdə Ermənistan ordusuna ciddi zərbələr vuracaq.

Ermənistan düşünür ki, müharibənin miqyasını genişləndirməklə Moskva müdaxilə edəcək. Amma  Rusiya Bakı-Ankara platformasına qarşı hərəkətə keçməyəcək. Necəki, Azərbaycan Vardenisdə Ermenistan hərbi bazasına raket zərbələri endirməklə, Moskva qarışmadı. Naxçıvandan Ermənistanın hücumuna qarşı cavab zərbəsinə Moskva neytral qalacaq.

Regionda siyasi-hərbi balans Azərbaycanın maraqlarına cavab verir. Münaqişənin davam etməsi Qarabağa bundan sonra status verilməsi mümkün olmayacaq. Ümumiyyətlə Rusiya Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Azərbaycan Ermənistan qoşunlarının Qarabağdan çıxartsada  Ermənistan kapitulyasiya sülhünə gəlməyəcək. Moskva bu şəkildə Cənubi Qafqazda sülhün və təhlükəsizliyi daima Ermənistan vasitəsilə təhdid edəcək.

Qeyd edim ki, Qarabağla bağlı baza prinsiplərini prezident İlham Əliyev qəbul etsə də,  bu bir müddətdən sonra, bu güzəşt  Ermənistana tanınma bilər. Ümumiyyətlə Ermənistan heç vaxt Qarabağın Azərbaycanın tərkibində qalması ilə barışmayacaq və 30 il müddətində məhz   bu siyasəti davam etdirib.

Qarabağda ermənilərə muxtariyyət verilməməli və ermenilərdə bu müharibədən sonra, Qarabağa köçüb azərbaycanlılarla yaşamaq istəməsi polimikadir.

Visiontv.az