Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovla görüşüb.
Visiontv.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.