Ermənistanda koronavirusa yoluxanların sayı 1 677 nəfərə çatıb
25.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 1 677 nəfərə çatıb.

Visiontv.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 81 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, sutka ərzində 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 28 nəfər koronavirusun qurbanı olub, 846 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.