Ermənistanda konstitusiya dəyişikliyi: Paşinyan parlament respublikasını ləğv edib, prezident üsul-idarəsinə keçəcək
Ermənistanda konstitusiya dəyişikliyi: Paşinyan parlament respublikasını ləğv edib, prezident üsul-idarəsinə keçəcək
17.01.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Baş naziri Nikol Paşinyan aprel ayında Konustitusiya referendumu keçirməsini gündəliyə çıxarıb.

Hazırda Ermənistan Respublikasının Konustitusiyasına uyğun olaraq Azərbaycanla sülh müqaviləsinin bağlanması və ölkəmizin ərazi bütövlüyünün tanınması "hüquqi" cəhətdən mümkün deyil. Yalnız baza sənədi imzalana bilər. Bu da ölkəmiz üçün Ermənistan kimi anti-Azərbaycan siyasətə malik bir ölkə ilə qeyri-mümkündür.

Ermənistanın qüvvədə olan Konustitusiyasina görə Azərbaycana və Türkiyəyə ərazi iddialari, xüsusilə Qarabağın bu ölkəyə birləşdirilməsi qeyd edilib. Belə olan təqdirdə sülhün əldə edilməsi hüquqi cəhətdən mümkün deyil.

Ermənistan Baş naziri Nikol Paşinyan deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma, Ermənistan Konustitusiyasinda bu belə deyil. Ona görə də Ermənistan tərəfi onda sülh müqaviləsində səmimi olacaq ki, referendumda Azərbaycana qarşı ərazi iddiaları özündə ehtiva edən bəndləri çıxaracaq.

Bundan əlavə, parlament respublikasını ləğv edib, prezident üsul-idarəsinə keçəcək. Bundan sonra, növbədən kənar prezident seçkilərinə gedib prezident seçilərək mövqeyini möhkəmləndirilməsi istiqamətində islahatlar aparacaq. Ermənistan Konustitusiyasinda dəyişliklərlə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları çıxarılarsa, növbəti mərhələdə sülh müqaviləsinin bağlanmasına gediləcək. Ermənistanın konstitusiyada və hərbi doktirinada dəyişikliklərlə Rusiyanın bu ölkədə mövqeyinin güclənməsinin qarşısı alınacaq.

N. Paşinyanın ölkəsi daxilində islahatlar keçirməsi heç də Azərbaycana qarşı loyal münasibət ortaya qoymur. Ermənistan yeni təxribatlara əl ata bilər. Hazırkı hərbi hədəfi Cermux şəhərinin ətrafından Azərbaycan qoşunlarını geri atmaqdır. Buna gedərsə, Ermənistan ərazi itkilərinə məruz qalacaq. Çünki, Cermux rayonun ətrafında yüksəkliklər Azərbaycan ərazisidir və şərti sərhədlər bu istiqamətdən başlayır.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az