Ermənistanda gündəlik yoluxma sayı yenidən 500-ü ötdü
06.03.2021

Ermənistanda son sutkada daha 508 nəfər COVID-19-a yoluxub.

Visiontv.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 174 257-yə çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 219-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 824 nəfərdir. İndiyədək 164 654 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 560 aktiv koronavirus xəstəsi var.