Ermənistanda Azərbaycan əleyhinə yeni saxta kompaniya- Qafqaz 2020 təlimləri...-Aydın Quliyev
07.09.2020

Azərbaycan Müdafiə Nazirliyi MDB-nin, KTMT-nin və Şanxay Əməkdaşlıq təşkilatının birgə "Qafqaz -2020" hərbi təlimlərində iştirak etməyəcəyini açıqlayandan sonra Ermənistanda gözlənilən isterik kompaniya başlayıb.

Azərbaycanın qərarına həqiqətən heç uyğunluğu olmayan izahlar verir və "arqumentlər" gətirirlər. Məsələn, deyilir ki, guya Azərbaycan Türkiyədən asılı qeyri -müstəqil ölkə olduğu üçün, terrorçu ölkə olduğu üçün, Metsamor AES-i partlatmaq niyətində olduğu üçün, Macarıstanda qətl törətmiş zabitə bəraət verdiyi və sair üçün terror əleyhinə düzənlənmiş təlimlərdə iştirak edə bilmir.

Yalanların dərəcəsinə Azərbaycanda hər kəs əmindir.Azərbaycanın sözügedən təlimdə iştirak etməməsinin çox sadə və həqiqi izahı olduğu halda erməni saxtakarlıq maşını yenə öz işindədir.Sadəcə Azərbaycan KTMT-nin və Şanxay təşkilatının üzvü deyil və bu təlimlərə qatılmağa borclu da deyil.

Üstəlik Azərbaycan realda təzavüzkar, işğalçı və terrorçuları himayə edən Ermənistanla hansı məntiqlə hərbi təlim ortağı ola bilər?! Qonşusunun torpaqlarında işğal yolu ilə separatçı qurum yaradan Ermənistan, etnik təmizləmə apararaq Xocalıda və digər yerlərdə genosid törədən Ermənistan, BMT qətnamələrini icra etməyən Ermənistan, Hitlerə satılaraq minlərlə sovet vətəndaşını və yəhidini məhv edən faşist quyruqlarına heykəl qoyan Ermənistan, dövlət səviyyəsində faşizmin əbədiləşdirilməsi siyasəti aparan Ermənistan- bütün bu damğaları özündə daşıyan bir ölkənin Azərbaycanı terrorçu adlandırmasının adı nədir?

Visiontv.az