Ermənistan parlamentində dava düşdü - VİDEO
26.11.2020

Ermənistan parlamentində deputatlar arasında fikir ayrılığı getdikcə daha da böyüyür.

Belə ki, bu gün Nikol Paşinyanın başçısı olduğu “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı zalda olan deputatlar onun fikirləri ilə razılaşmayaraq insident yaradıblar.

Parlamentin binasına əlavə polis qüvvələri cəlb edilib. Məlumata görə bəzi deputatlar iclası yarımçıq tərk ediblər.

Visiontv.az görüntüləri təqdim edir.