Ermənistan ombudsmanının səlahiyyətlərinə xitam verilib
24.01.2023

Ermənistanın ombudsmanı Kristine Qriqoryanın səlahiyyətlərinə xitam verilib.

Visiontv.az xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, istefaya getmə qərarı Ermənistan Ali Məhkəmə-Hüquq Şurasında işləməyə keçidlə bağlıdır.

Qriqoryan ombudsman kimi keçən ilin 24 yanvar tarixindən bu günə kimi fəaliyyət göstərib.

Qeyd edək ki, 23 yanvarda Qriqoryan vəzifədən getmə barədə ərizəsini parlamentə təqdim edib və bu gün istefa ərizəsi ilə təkrarən müraciət etməsi səbəbilə səlahiyyətlərinə xitam verilib.

Xatırladaq ki, Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb ki, ölkənin yeni ombudsmanı vəzifəsinə namizəd olaraq hazırkı sosial təminat və əmək nazirinin müavini Tatevik Stepanyan irəli sürüləcək.

APA