Ermənistan Nazirlər Kabinetinin binasında yanğın olub
29.01.2019

Ermənistan Nazirlər Kabinetinin binasında yanğın baş verib.

Ermənistan Nazirlər Kabinetinin binasında yanğın baş verib.

Visiontv.Az report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə yanvarın 29-da səhər saatlarında qeydə alınıb. Hadisə yerinə 6 yanğınsöndürən cəlb edilib. Yanğın 2 saat ərzində söndürülüb. Nəticədə qəbul otaqlarından birində mebel yanıb.

Hadisənin səbəbi araşdırılır.