Ermənistan MN-i Sərdar Ortacı "öldürülən" Azərbaycan əsgərləri siyahısına yazdı
22.10.2020

Ermənistanın “İctimai” radiosu Türkiyənin tanınmış müğənnisi Sərdar Ortacın şəkilini paylaşaraq, "Öldürülən azərbaycanlı əsgərlərin sayı" adlı xəbər dərc edib.

Visiontv.az xəbər verir ki, bu barədə Türkiyənin "Xəbərlər.com" saytı məlumat yayıb.

Saytın məlumatına görə, 11 dildə yayımlanan sözügedən Ermənistan mətbuatı Sərdar Ortacın və aktyor Kaan Girginin 2000-ci ildə hərbi xidmətdə çəkilən fotosunu öldürülən azərbaycanlı əsgərlər kimi təqdim edərək, saxta hesabat təqdim edib.