Ermənistan "İskəndər" raketlərindən atıb-İngiltərənin “Middel East Eye” portalı
02.03.2021

Ermənistan tərəfi noyabr ayının əvvəllərində Bakıya ən azı bir Rusiya istehsalı olan qısa mənzilli "İskəndər" ballistik raketi atıb. Ancaq raket havada ikən Azərbaycan silahlı qüvvələri tərəfindən zərərsizləşdirilib.

Visiontv.az xəbər verir ki, bu fikirlər İngiltərənin “Middel East Eye” portalında dərc olunan məqalədə yer alır.

Sayt adını açıqlamadığı yüksək səviyyəli məmura istinadən verdiyi məlumatda “İsgəndər” raketinin İsrail istehsalı “Barak-8” müdafiə sistemi ilə vurulduğuna da yer verir.

Saytın verdiyi məlumata əsasən, “İskəndər” ballistik raketi atəşkəsin imzalanmasından bir neçə gün əvvəl Ermənistan tərəfindən birbaşa paytaxt Bakıya istiqamətləndirilib.

Bu addım Azərbaycan rəsmilərinə mesaj vermək üçün nəzərdə tutulub. Ancaq “İskəndər” raketi Azərbaycan ordusunun silahlanmasında yer alan İsrail istehsalı idarə olunan raketdən müdafiə sistemi “Barak-8” tərəfindən vurulub.

Mənbə sayta verdiyi açıqlamada, münaqişənin əvvəllərindən etibarən Ermənistan hərbçiləri “Tochka” və “Scud” raketləri ilə Azərbaycanı hədəf alıqlarını vurğulayıb.

Vəziyyətinin çıxılmaz olduğunu başa düşən Ermənistanın “İskəndər” kimi daha inkişaf etmiş modellərə müraciət etməsinin başa düşülən olduğunu qeyd edib.

Qeyd edək ki, 75 yer-hava tipli rekatlə təchiz olunan “Barak-8”, 2018-ci il ildə aparılan sınaqlardan uğurla çıxdıqdan sonra Azərbaycan ordusunun silahlanmasına daxil edilib.

Bizim.Media