Gürcüstan xüsusi aviareyslə ABŞ-da təhsil alan 79 vətəndaşını təxliyə edəcək.
Visiontv.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, aprelin 10-da həyata keçiriləcək həmin reyslə 35 Ermənistan vətəndaşı da təxliyə olunacaq: “Bununla bağlı ermənistanlı həmkarlamızdan müraciət daxil olub”.