“Sülh və sabitliyin əldə edilməsi üçün Ermənistan terrorçuları və muzdlu əsgərləri geri göndərməlidir”.
Visiontv.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Ermənistan hücumlarına və Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır.