13.011.2019
Axtar
Ölkə
alt

Ermənistan ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun Türkiyədən olan zabitinin fəaliyyətinə mane olub

"Ermənistanın ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin apardığı monitorinqlə bağlı prosedurları pozması, Yüksək Səviyyəli Planlaşdırma Qrupunun Türkiyədən olan zabitinin vəzifəsinin icrasına mane olması və monitorinq təlimlərində iştirakının qarşısının alınmasına cəhd etməsi bu ölkənin acınacaqlı təcrübəsinin son nümunəsidir".

Visiontv.az-ın məlumatına görə, bu sözlər Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin qurumun Daimi Şurasının noyabrın 7-də keçirilmiş iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı səsləndirdiyi bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunub ki, nəticədə bu il oktyabrın 9-da Yüksək Səviyyəli Planlaşdırma Qrupunun iştirakı ilə keçirilən monitorinq baş tutmayıb.

Şərh