Ermənilərin verdiyi itkilərin sayı 4 min nəfərdən çoxdur - Ermənistan İstintaq Komitəsi
27.09.2021

Ermənistan İstintaq Komitəsi II Qarabağ Müharibəsində verilən itkilərlə bağlı yeni statistika dərc edib.

Visiontv.az xəbər verir ki, istintaq komitəsinin son açıqlamasına görə 2-ci Qarabağ Müharibəsində erməni tərəfi 3.781 nəfər hərbi və mülki şəxs itirib. 231 hərbçi, 22 mülki şəxs isə itkin düşüb. İtkin düşənlərin də ölüm ehtimalı son dərəcə yüksəkdir. Yəni, ermənilərin verdiyi itkilərin sayı 4 min nəfərdən çoxdur...

Verilən məlumata görə bu günə qədər Azərbaycan tərəfi ermənilərə 108 hərbi əsir geri qaytarıb.