Ermənilər Livanda Türkiyə Səfirliyinə hücum etdilər
27.10.2020

Ermənilər Livanda Türkiyə Səfirliyinə hücum etdilər.

Visiontv.az-ın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrut şəhərində dünən axşam saatlarında Türkiyə Səfirliyinə erməni radikallar basqın etməyə çalışıblar. Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumatda vurğulanır ki, Livandakı erməni "Daşnak Partiyası" üzvləri Qarabağda gedən döyüşlərdə Azərbaycanın qələbəsinə dözməyərək faşist addımlar atıblar. Belə ki, Türkiyə Səfirliyinə daş və partlayıcı maddələrlə hücum etmək istəyiblər. Hadisə nəticəsində polis müdaxilə edib və qarşıdurma yaranıb. Yaralananlar və saxlanılanlar barəsində heç bir məlumat verilmir.