Erməni rəsmiləri Qarabağla bağlı status məsələsini qaldırmayacaq
Erməni rəsmiləri Qarabağla bağlı status məsələsini qaldırmayacaq
14.04.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistan Baş naziri N.Paşinyan Azərbaycanla danışıqlarda sülh müqaviləsinin bağlanması üçün artqı Qarabağla bağlı status məsələsini qaldırmayacaq.

Halbuki  xarici işlər naziri A. Mirzoyan Azərbaycanla sülh müqaviləsində Ermənistan üçün "Artsaxın statusunun" prinsipail olduğunu vurğulayırdı. Ermənistan tərəfi konkret geri addım atıb və bundan sonra Yerevan bu məsələləri qabartmaycaq.

Qarabağın kiçik bir ərazisində separatizm və silahlı erməni  birləşmələrinin qalması və buradakı fəaliyyətləri Rusiya tərəfindən idarə edilir. N. Paşinyan anlayır ki, Qarabağda separatçıların fəlaiyyəti və onları müdafiə etməsi Ermənistanı çıxılmaz vəziyyətdə saxlayır. Ermənistanla sülh müqaviləsi bağlandıqdan sonra, Rusiya təxirbatlara rəvac verməsə, Xankəndində Azərbaycanın suverenliyi bərpa ediləcək. Ermənistanın 30 il ərzində apardığı işğal və Rusiyanın bu prosesi idarə etməsi Türkiyə-Azərbaycan tandemi vasitəsi iıə sona çatır.

Məhəmməd Əsədullazadə

Visiontv.az