Erməni general Araik Arutyunyanı döyüb...
26.02.2021

Ermənistanda aranın qarışdığını görə xəyali "dqr"in qondarma "rəhbər"ciyi Araik Arutyunyan özünü yuyulmamış çömçə kimi ortaya atıb və Ermənistanın qiyamçı Baş Qərargah rəisi Nikol Paşinyan hökuməti arasında vasitəçilik etmək istəyib, lakin sonda bir "yağlı" şillə yeməli olub.

Belə ki, Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyanla Qarabağ separatçılarının terrorçu başçısı Araik Arutyunyan arasında görüş gərgin keçib.

“168 Jam” internet nəşrinin məlumatına görə, Nikol Paşinyanla Baş Qərargah arasında yaranmış gərginliyin nizamlanmasında vasitəçilik edəcəyini bildirən Arutyunyan görüş zamanı Qasparyana təzyiq etməyə cəhd edib. Buna imkan verməyən Qasparyan

Arutyunyana bir şillə vurub və görüş bununla da başa çatıb.

Lakin Araik görüşdə Qasparyanı istefaya çağırması barədə yayılan məlumatları sonradan təkzib edib və Qasparyan tərəfindən şillələnməsi məsələsinə münasibət bildirməyib.

Gördüyümüz kimi indiyə qədər yəhudilər qədər ağıllı, həmrəy hesab etdiyimiz ermənilər indi artıq bir-birilə şillə, təpik, söyüş diliylə danışırlar.

Hələ bu harasıdır, bütün bu olaylar prelyuddur, birazdan daha betər hadisələr olacaq.

Araikə isə əsas şilləni biz vurmalıyıq və ümid edirəm ki, vuracayıq!

Bəybala Mirzəyev

Visiontv.az