Erməni əsgəri Qarabağ torpağında intihar etdi
05.11.2019

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçisi intihar edib.


VisionTv.az-ın məlumatına görə, bu barədəErmənistan İstintaq Komitəsi xəbər yayıb. Məlum olub ki, intihar edən 2000-ci il təvəllüdlü Erik Arutyunyandır. Onun meyitinin məhkəmə tibbi ekpsertiza tərəfindən müayinəsi zamanı məlum olub ki, əsgərin gicgahında odlu silahdan açılan atəş yeri var. Hələlik ölümün səbəbi bilinmir. Faktla bağlı araşdırma aparılır, cinayət işi qaldırılıb.