Ərəb mediası Suriya və Səudiyyə Ərəbistanın barışdığını yazır
Ərəb mediası Suriya və Səudiyyə Ərəbistanın barışdığını yazır
07.10.2021 Kənan Rövşənoğlu Tərəfindən

Ərəb mediası Suriya və Səudiyyə Ərəbistanın barışdığını yazır. Artıq ilkin razılaşma əldə olunub. Hətta iddialara görə Dəməşqdəki Səudiyyə səfirliyində təmir işləri başlayıb. 10 ildir səfirlik binası işləməyib.

Maraqlıdır ki, oktyabrın əvvəlində Bəşər Əsəd və İordaniya kralı Abdullah telefonla danışıb, 10 ildən sonra. Suriya məsələsi normala dönür.

Bir dənə qalıb ölkənin şimalı, kürdlər və İdlib mövzusu. Məlumatlardan belə anlaşılır ki, Rusiya Türkiyədən İdlibdən çıxmasını istəyir. Gələn xəbərlərdən belə anlaşılır ki, yaxın günlərdə İdlibdə geniş miqyaslı əməliyyatlar başlamalıdır. Türkiyə qüvvələri və Türkiyənin dəstəklədiyi qüvvələr şimala çəkilə bilər. İdlibdəki ən-Nusra, HTŞ və digər qruplara qarşı yekun əməliyyat planlanır. Soçi görüşündə güman ki, İdlib əməliyyatının daha az qansız, dinc insanlar zərər görmədən həll olunması müzakirə olunur. Bunun üçün əsas yol, Türkiyə dəstəkli müxalifətin şimala, daha əvvəl tutlan Türkiyə ordusu nəzarətində olan nöqtəyə köçürülməsi. Amma bunun necə baş verəcəyi müəmmalıdır, həm də çətindir. Əgər bu olmasa orda çox dinc insan ölə bilər. Çünki İdlibdə indi müharibədən qabakı illərlə müqayisədə iki dəfə çox insan yaşayır.

Kənan Rövşənoğlu

Visiontv.az