Ən məşhur "killer" qadın sevgilisinin yatağında öldü - FOTO
18.09.2019

Dünyanın ən məşhur narkobaronu hesab edilən El Çapo adı ilə tanınan Xoakin Quzmanın tanınmış muzdlu qatillərindən biri məşuqunun yatağında ölüb.

VisionTV.az  milli.az-a istinadla xəbər verir ki, xarici görünüşünə görə erməni pornoulduz Kim Kardaşyana bənzədilən, həm də modellik fəaliyyəti ilə məşğul olan Claudia Ochoa Felix sevgilisi ilə intim münasibətdən sonra dünyasını dəyişib.

35 yaşlı killerin ağciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Lakin qəsdən öldürülməsi ilə bağlı ehtimallar da var.

Meksikanın Sinaloa ştatında baş verən hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edə ki, El Çapo 2017-ci ilin yanvar ayında Meksikadan Amerikaya ekstradasiya edilib.
Ən məşhur "killer" qadın sevgilisinin yatağında öldü - FOTO