Ən böyük arzum Şuşa məscidindən azan verməkdir - QMİ sədri
29.09.2020

“Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza uğurlar arzulayıram”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının video-konfrans formatında keçirilən 8-ci növbədənkənar qurultayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Azərbaycan Ordusuna bir daha uğurlar arzulayan QMİ sədri ən böyük arzusunun Şuşa məscidindən azan vermək olduğunu vurğulayıb.