Emmanuel Makron sillələndi
Videonu Aç
08.06.2021

Fransa prezidenti Emmanuel Makronun Drom rayonuna səfəri zamanı insident baş verib.

Visiontv.az “RİA Novosti”yə istinadən bildirir ki, dövlət başçısı meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla salamlaşmağa başlayıb.

Bu zaman bir kişi E.Makronun üzünə sillə vurub. Prezidentin mühafizəçiləri dərhal hadisəyə müdaxilə ediblər.

Mühafizəçilər E.Makronu hadisə yerindən uzaqlaşdırıblar. O, yenidən olay yerinə qaytımaq istəyib. Amma mühafizəçilər buna imkan verməyib.

Hadisəyə görə iki nəfər saxlanılıb.

Report