Əmənim ki, Ermənistan və Azərbaycan iqtidarı arasında birbaşa danışıqlar gedir - Elbəyi Həsənli
Əmənim ki, Ermənistan və Azərbaycan iqtidarı arasında birbaşa danışıqlar gedir - Elbəyi Həsənli
18.03.2021 Elbəyi Həsənli Tərəfindən

Düşünürəm ki, bu, normaldır. Azərbaycan ilə Ermənistanın Rusiya üzərindən danışıqlar aparması hər iki tərəfin maraqlarına ziddir. Birbaşa danışıqların indiki mərhələdə gizli aparılması məqbuldur...

Rusiyanın Ermənistana qazı Azərbaycan üzərindən verməsinə reaksiyalara baxıram. Aşırı millətçi yanaşma o qədər qabarıq görünür ki. Bizə Ermənistanı işğal etmək, erməniləri qırmaq, ümumiyyətlə, Ermənistanı xəritədən silmək kimi absurd şeylər lazım deyil. Əvvəla, bu, mümkün deyil. Qərb buna heç vaxt imkan verməz. Biz beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad etdik, ona görə Qərb tərəfindən kəskin reaksiya görmədik...

Bizə lazım olan odur ki, Ermənistan Rusiya və İranın təsir dairəsindən çıxsın. Türkiyə və Azərbaycanın orbitinə daxil olsun. Hədəf bu olmalıdır. Bu realdır və Azərbaycan ilə Türkiyənin milli maraqlarına uyğundur...

Visiontv.az