Əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyəcək - Hulusi Akar
08.04.2021

“Biz bütün gücümüzlə minatəmizləyənləri Azərbaycana göndərmişik. İşğaldan azad edilmiş ərazilər mütləq minalardan təmizlənməlidir. Minatəmizləyənlərimiz var gücü ilə çalışırlar”.

Visiontv.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“İnşallah, əməkdaşlarımız ən qısa zamanda Qarabağı minalardan təmizləyib orada həyatın normallaşmasına ən böyük töhfəni verəcəklər”, - deyə türkiyəli nazir vurğulayıb.