Elvin Abbasov: İT şirkətlərinin əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulmamalıdır
Elvin Abbasov: İT şirkətlərinin əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulmamalıdır
05.04.2020 Elvin ABBASOV Tərəfindən

“İT şirkətlərinin əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulmamalıdır”.

Bunu Visiontv.az-a iş adamı Elvin Abbasov bildirib.

Bəlaya çevrilmiş “Covid-19” Koronavirus pandemiyası ilə əlaqədar ünsiyyət formasının onlayn formatına keçməsi yeni dünya düzəninin ştrixlərini cızmaqdadır. Əslində inkişaf etmiş ölkələrin əksəriyyəti onlayn əlaqənin, alış-verişin, sifarişlərin, iqtisadi münasibətin qurulmasında mühüm rol oynayır. Və bu münasibətlərin qurulmasında İT şirkətlərinin və orada çalışan mütəxəssislərin böyük rolu var. Bu gün “Covid-19” koronavirus pandemiyası göstərdi ki, Azərbaycanda da bu xidmət növü ciddi şəkildə inkişaf etdirilməli, o cümlədən kritik bir vəziyyətdə İT şirkətlərinin və əməkdaşlarının işinə yaşıl işıq yandırılmalıdır. Qoyulan qadağalara rəğmən bu sahənin əməkdaşlarının fəailiyyətinə geniş imkanlar tanınmalıdır. 

İT üzrə şirkət sahibi olan iş adamı Elvin Abbasov həmçinin qeyd dib ki, inkişaf etmiş bir çox sivil ölkələrdə İT-nin fundamental bazası hal-hazırki, fövqəladə vəziyyətdə bütün sahələrdə onlayn iş rejiminə keçməyə imkan verdi.

"Ölkəmizdə də bir çox sahələr onlayn xidmət göstərə bilir.  Amma bəzi istiqamətlərdə hələ də görüləcək ciddi işlər var. Nazirlər Kabineti yanında Operativ Qərargaha bildirərdim ki, tibb və hüquq-mühafizə orqanlarının işçiləri qədər İT şirkətlərinin əməkdaşlarına da zəruri ehtiyac var. Nəzərə alsaq ki, bir çox İT şirkətləri əksər dövlət qurumlarının texniki baxımından iş prinsipini qurur və yaxud texniki dəstək verir, onda bu zərurətin nə qədər əhəmiyyətli olduğunu anlamaq çətin deyil. Təbii ki, İT şirkətlərinə baxış budur ki, onlar hər zaman uzaqdan ( Remote) işləyə bilərlər. Amma təəssüf ki, çox vaxt bu mümkün olmur. Bəzən baş verən hər hansı bir texniki nasazlıq ucbatından avadanlıqlara yerində mudaxilə etmək məcburiyyəti yaranır. Ona görə operativ qərargahdan xahiş edirik ki, dövlət qurumları ilə əməkdaşlıq edən İT şirkətlərində çalışan şəxslərə Bakı şəhəri, o cümlədən respublika ərazisi daxilində hərəkət imkanlarına məhdudiyyət qoymasın”, deyə E. Abbasov bildirib.