Elmin inkişafına əngəllər var - Təhsil eksperti Kamran Həsənli
03.05.2019

Təhsil eksperti Kamran Əsədov deyir ki, gənclərin elmə gəlməsinə mane olan səbəblərdən ilki elmə görə verilən əmək haqlarının çox aşağı olmasıdır

“Elmin inkişafı üçün büdcədən kənar vəsaitlərdən istifadə edilməlidir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.

 Visiontv.az xəbər verir ki, Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə AMEA-nın özündə gənclərin elmə gəlməsinə maneələr var: 

“Son illər ərzində gənclərin bakalavr pilləsini bitirdikdən sonra elmdə qalması ciddi şəkildə aşağı düşüb. Bu gün Azərbaycanda 30 yaşdan aşağı bir nəfər də olsun elmlər doktoru yoxdur. AMEA-nın nəzdindəki müəyyən institutların rəhbərləri, əməkdaşları ciddi şəkildə gənclərin elmlə məşğul olmasına mane olurlar. Bu gün Azərbaycan alimi dünya elmində çox da ciddi qəbul olunmur. Gənclərin elmə gəlməsinə mane olan səbəblərdən ilki elmə görə verilən əmək haqlarının çox aşağı olmasıdır. Təbii ki, bu qədər yüksək bilik və bacarıqlara malik şəxslər elmdə qalmağa üstünlük vermir, digər sahələrdə daha yüksək əmək haqqı ala biləcəklərinə görə elmdən gedirlər”./sputnik.az