Elmi-texniki tərəqqi sürətlə irəi gedir və bizim təhsil sistemimiz onunla ayaqlaşa bilmir-Azər Cəfərov
01.08.2020

Təhsil var və çalışqan tələbələr də var.

Sadəcə elmi-texniki tərəqqi sürətlə irəi gedir və bizim təhsil sistemimiz onunla ayaqlaşa bilmir. Tədris proqramında bir çox fənnlər öz dövrünü başa vurub, yeni fənlərin proqrama daxil olması ləng gedir, çünki kadrlar və texniki baza yoxdur. Elmi-tədqiqat institutlarının texniki bazasını universitetlərə keçirmək lazımdır (elmlə təhsil birləşməlidir), yəni elmi tədqiqatlar tələbələrin iştirakı ilə universitetlərdə aparılmalıdır. Müəllimlərin dərs yükünü 500 saatdan 250 saata endirməli, qalan 250 saatı ödənilən elmi-tədqiqata verilməlidir. Tələbələrin auditoriya saatını azaldıb praktikanı, istehsalat saatını artırmaq lazımdır. Yay tətilləri ləğv olunmalı, tələbələr istehsalata və elmi-tədqiqat institutlarına təcrübə keçməyə göndərilməlidir (laborant və kiçik mütəxəsis qismində). Müəllimlərin iş şəraiti və maliyyə imkanları yaxşılaşdırılmalıdır. Bu üç bucaq dəqiq işləməlidir; Təhsil - Elm - İstehsalat. Bizdə hələ ki, ancaq təhsildir (auditoriya). Elm və istehslatla əlaqələr çox zəif və formal xarakter daşıyır. Ona görə də tələbə universiteti qurtardıqdan sonra istehsalatda və elmi tədqiqat institutlarında hər şeyi təzədən öyrənməli olur.

visiontv.az