Elə bilirdiniz hər ayın sonu paketləri, hər sezon Tiflisdə qrantları elə belə verirlər ?
25.03.2023

Paşınyanın bir neçə gün öncə Azərbaycanda etnik azlıqların haqqları ilə bağlı sərsəmləməsi ilə, daxildəki kənar şəbəkələr də sinxron təbliğata başlayıb.

İran və Rusiya şəbəkəsinin media, ictimai-siyasi fəalları, SOROS şəbəkəsinin həmişə siyasi mesajlar verən “iqtisadçıları”, “femenistlər”, birdən birə “türkün türkdən başqa dostu yoxdur” fikiri ilə təbliğat və əks təbliğata başlayıblar.

Özünüzü “ pultunuzun Paşınyanın əlində olacaq qədər rəzil duruma saldınız” deyə yazardım.

 Amma …

Özünüzü indi də belə ifşa edin!

Qoy cəmiyyət sizi yaxşı tanısın!

Yoxsa elə bilirdiniz hər ayın sonu paketləri, hər sezon Tiflisdə qrantları elə belə verirlər?

Politoloq Yeganə Hacıyeva

visiontv.az