Eldar Əzizov Tbilisidə Kaxa Kaladze ilə görüşüb
30.09.2022

Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov Gürcüstana səfəri çərçivəsində Tbilisi meri Kaxa Kaladze ilə görüşüb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, görüşdə tərəflər paytaxt şəhərləri arasında əlaqələrin gücləndirilməsi istiqamətində müzakirə aparıblar.

Kaxa Kaladze Eldar Əzizova sabah "Tbilisoba" bayramında iştirak edəcəyi üçün təşəkkür edib. O, həm ölkələr, həm də xalqlar arasında isti münasibətlərin olduğunu vurğulayıb.

Eldar Əzizov Kaxa Kaladzeni şəhər bayramı münasibətilə təbrik edib. Vurğulayıb ki, Bakı və Tbilisi arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Eldar Əzizov Tbilisidə Kaxa Kaladze ilə görüşüb - FOTO