“Əl-Qaidə” terror qruplaşmasının Yəməndəki rəhbəri öldürüldü
07.02.2020

ABŞ hərbçiləri “Əl-Qaidə” terror qruplaşmasının Yəməndəki rəhbəri Kasim ar-Rimini məhv ediblər.

Visiontv.az lenta.ru-ya istinadən  xəbər verir ki, bu haqda məlumatı Ağ Ev yayıb.

Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın tapşırığı əsasında həyata keçirilən əməliyyat nəticəsində terror qruplaşmasının rəhbəri məhv edilib.

“Onun ölümü Ərəbistan yarımadasında və bütün dünyada “Əl-Qaidə”yə ciddi zərbə vurub. Milli maraqlarımıza zidd olan bu qruplaşmaların təhlükələrinin zərərsizləşdirilməsinə yaxınıq”, - bəyanatda qeyd edilib.