Əgər feminizm intihara çarə olsaydı, hər il minlərlə avropalı, amerikalı qadın intihar etməzdi
Əgər feminizm intihara çarə olsaydı, hər il minlərlə avropalı, amerikalı qadın intihar etməzdi
23.02.2021 Kənan Rövşənoğlu Tərəfindən

Elə bir insan olmaz ki, həyatında ən azı bir dəfə intihar etmək beynindən keçməsin. Nadir insan ola bilər ki, bu fikir heç olmasa bir dəfə ağlından keçməsin. Həyat heç bir yerdə hamar və mükəmməl deyil. Adətən intihar statistikalarında ön sırada rifah ölkələri - Yaponiya, Skandinaviya ölkələri, ABŞ, Avropa gəlir.

İnsanlar buna antoqonizm kimi baxsa da, rifah insanlarının həyatın gətirdiyi çətinliklərə tab gətirə bilməməsi amilini unutmaq olmaz. Yəni hər ölkənin, hər coğrafiyanın, hər mədəniyyətin özünün sıxıntılar, çətinlikləri var. Amma əsas bəla odur ki, intihar edən insanlar üzləşdikləri çətinliklər qarşısında yalnız qalanda intihara əl atır.

Əgər feminizm intihara çarə olsaydı, hər il minlərlə avropalı, amerikalı qadın intihar etməzdi.

İntihar sosial-psixoloji məsələdir. Girişdə də qeyd etdiyim kimi, hər bir insanın ən az bir dəfə beynindən intihar fikri keçir. Əsas məsələ odur ki, həmin o anda insanı o yoldan daşındıran səbəbləri, faktorlar hazır olsun. Dindarı o anda çəkindirən Allah qorxusudur, çünki iman etdiyi Allah bunu ona qadağan edir. Bəs inancı olmayan, ya da zəif olan?

Haqqında neçə gündür danışılan intihar edən qızcığazın dostları onu  sıxıntılar qarşısında yalnız qoymamalı, intihardan çəkindirməli idilər. İnsanlar problemlər, çətinliklərdən deyil, bu çətinliklərini bölüşə, dərdlərini deyə bilmədikləri üçün yalnızlıqdan intihar edir.

Kənan Rövşənoğlu